Velosiped

Dağ Velosipedi

4 məhsul · 3 Bakıda stokda

Hazırda stokda yoxdur

Bu modellər hazırda Bakı mağazasında yoxdur. Gəlmə vaxtını soruşmaq üçün WhatsApp-dan yaz.

WhatsApp-dan soruş

Trek Dağ Velosipedləri (MTB) — Bakı

Trek dağ velosipedləri torpaq cığırlar, dağ enişləri və nahamar relyef üçün hazırlanıb. Marlin və Procaliber hardtail modelləri ilə həm yeni başlayanlar, həm də təcrübəli sürücülər üçün ideal MTB seçimi təklif edirik.

Yüngül və möhkəm Alpha Alüminium və OCLV Karbon çərçivələr, etibarlı amortizatorlar və güclü hidravlik disk əyləclər ən çətin şəraitdə belə nəzarəti əlinizdə saxlayır.

Dağ velosipedi tipləri

  • Hardtail (Marlin, Procaliber) — yüngül, sürətli, az baxım tələb edir
  • Full-suspension — tam amortizasiya, ən çətin cığırlar üçün; full-suspension modellər sifarişlə

Niyə Trek dağ velosipedi?

  • İlk sahib üçün ömürlük çərçivə zəmanəti
  • Bakıda peşəkar servis və orijinal ehtiyat hissələri
  • Test sürüşü imkanı

Səviyyənizə uyğun modeli seçmək üçün ən yaxşı dağ velosipedləri bələdçimizə, düzgün ölçü üçün ölçü cədvəlimizə baxın və ya bizimlə əlaqə saxlayın.

Tez-tez verilən suallar

Ən yaxşı başlanğıc dağ velosipedi hansıdır?

Trek Marlin — etibarlılıq və rahat idarəetmə balansı ilə yeni başlayanlar üçün ən yaxşı seçimlərdən biridir.

Dağ velosipedinin ölçüsünü necə seçim?

Ölçü boyunuza və ayaq uzunluğunuza görə seçilir; dəqiq seçimi Bakı mağazamızda fərdi ölçü təyini ilə birlikdə edirik. Hazırda Bakı mağazasında olan modellər aşağıda göstərilir; digər ölçü və rənglər sifarişlə gətirilir (təxminən 3 həftə).

Hardtail yoxsa full-suspension seçməliyəm?

Başlanğıc və XC üçün hardtail (Marlin, Procaliber), çətin texniki cığırlar üçün full-suspension daha uyğundur (sifarişlə).

MTB nədir?

MTB (mountain bike, mauntinbayk) dağ velosipedinin beynəlxalq adıdır: geniş dişli təkərlər, amortizatorlu çəngəl, hidravlik disk əyləc və dik oturuş. Trek Marlin başlanğıc mtb, Procaliber isə yarış hardtail sinfindədir. Bakı mağazamızda hardtail modellərində test sürüşü mümkündür.

Bakı ətrafında dağ velosipedi ilə harada sürmək olar?

Qobustan və Yasamal yaylası cığırları, Mərdəkan meşəsi, Şamaxı və Qəbələ dağ yolları. Həftəsonu qrup sürüşləri üçün mağazamızın Trek klubuna qoşulun — marşrut və tempi biz planlayırıq.

Test sürüşü təyin etZəng etWhatsApp ilə yaz