Velosiped

32 məhsul · 20 Bakıda stokda

Trek Velosipedləri — Bakıda Rəsmi Mağaza

Trek dünyanın aparıcı velosiped brendidir və biz onun Azərbaycanda rəsmi distribyutoruyuq. Dağ, şosse (yol), qravel və şəhər velosipedləri — hər sürüş tərzi və hər səviyyə üçün geniş model seçimi Bakıdakı mağazamızda sizi gözləyir.

İstər ilk velosipedinizi alın, istərsə də peşəkar yarış maşını axtarın — Trek-in alüminium və OCLV Karbon çərçivələri, etibarlı transmissiyası və ilk sahib üçün ömürlük çərçivə zəmanəti ilə uzun illər problemsiz sürüş əldə edəcəksiniz.

Velosiped kateqoriyaları

Hansı velosipedi seçməli?

Düzgün model və ölçü üçün velosiped seçim bələdçimizə baxın və ya Bakıdakı mağazamızda test sürüşü üçün bizimlə əlaqə saxlayın. Hazırda Bakı mağazasında olan modellər aşağıda göstərilir; digər ölçü və rənglər sifarişlə gətirilir (təxminən 3 həftə). Ölçü və stok barədə dəqiq məlumatı WhatsApp vasitəsilə ala bilərsiniz.

Tez-tez verilən suallar

Bakıda velosiped haradan almaq olar?

Trek Velosiped mağazasından — ünvan: Afiyəddin Cəlilov küç. 11, Xətai, Bakı. Modelləri canlı görə, test sürüşü edə bilərsiniz. WhatsApp: (+994 50 628 53 47).

Hansı velosipedi seçməliyəm?

Sürüş məqsədinizə görə: şəhər üçün FX, asfalt sürəti üçün şosse, cığır üçün dağ velosipedi.

Velosiped ödəniş planı ilə satılırmı?

Bəli, Bakıdakı mağazamızda BirKart və TamKart ilə 3–12 aylıq ödəniş planı imkanı var.

Test sürüşü təyin etZəng etWhatsApp ilə yaz